Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat aldı

14.08.2023 11:55 203
İdman
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Gürcüstan – Ermənistan oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 15-də Tbilisidə keçiriləcək.