Yankoviç yığmada iki məhsuldar ötürmə verdi, qələbə qazandı

31.03.2026 22:20 53
Dünya futbolu
"Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Sloveniya yığmasını qəbul edib.

"Football-plus.az" xəbər verir ki, "Stadion pod Qoritsom"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.

Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi məhz Yankoviç olub.