U-21 millimizin oyunu üçün hakim təyinatları açıqlandı

22.09.2026 16:01 189
Ölkə futbolu
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri məlum olub.

"Football-plus.az" xəbər verir ki, B qrupunda sentyabrın 25-də oynanılacaq qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.

“Bank Respublika Arena”da keçiriləcək oyun saat 17.45-də başlayacaq.