Cüdo üzrə Səfir kuboku keçiriləcək

10.05.2023 23:30 232
İdman
11-12 mayda Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında “Yaponiya-Azərbaycan Dostluğu” Səfir kuboku keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 2012-2014-cu il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyələşəcək.

Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul