“Turan Tovuz”da iclas niyə ləngiyir? – “İdarə Heyətinin üzvü kimi mənə bu barədə…”

9.10.2026 21:00 144
Ölkə futbolu / Manşet
Ötən mövsüm avrokuboklara vəsiqə qazansa da, UEFA-nın cəzası üzündən qitədə özünü göstərə bilməyən “Turan Tovuz”un adı ətrafında cari mövsümdə də söz-söhbət çoxdu. Mövsümün əvvəlindən səhv hakim qərarlarından narazılıq edən klub prezidenti Ehtiram Quliyev oktyabrda vəzifəsindən ayrıla biləcəyini açıqlamışdı. Onun taleyinin İdarə Heyətinin bu ay keçiriləcək iclasında aydınlaşacağı gözlənilir.

Həmin iclas mətbuatda geniş müzakirə olunsa da, hələ də baş tutmayıb. Bəs “Turan Tovuz”un İdarə Heyəti nə vaxt bir araya gələcək?

“Football-plus.az” bu suala cavab tapmaq üçün İdarə Heyətinin sədrinin müavini Nəsimi Paşayevlə əlaqə saxlayıb:

“İdarə Heyətinin üzvü kimi mənə bu barədə rəsmi bildiriş gəlməyib. Amma Ehtiram müəllim özü mətbuata açıqlamışdı ki, gündəmdə belə məsələ var”.

İSRAYIL XEYRULLAYEV