Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxacaq.
100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medaı uğrunda mübarizəyə qoşulacaq. Onun ilk rəqibi 1/32 funalda Baymurad Bajanov (Türmənistan) olacaq.
Yarış 10.30-da start götürəcək.
Hazırda millimizin aktivində 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidi.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Zelim Kotsoyev mübarizəyə başlayır - DÇ
İdman






