Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, mundialın beşinci günündə daha 4 təmsilçimiz mübarizə aparacaq.
Kişilər
90 kq
Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşacaq.
Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gələcək.
Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır.
Qadınlar
70 kq
Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni başa vurub.
Hazırda millimizin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Süleyman və Elcan qələbə ilə başladı - DÇ
İdman






