İkiqat çempion niyə saxlanıldı?

7.10.2026 10:00 18
İdman
İkiqat MBA çempionu Cey Ar Smit məişət zorakılığına görə Texas ştatında saxlanılıb.

Football-plus.az" xəbər verir ki, 41 yaşlı sabiq basketbolçunu polis çərşənbə axşamı saxlayıb. O, məişət zorakılığı ilə bağlı iş çərçivəsində bədənə xəsarət yetirməkdə ittiham olunur. Smit hələ ki polisin nəzarəti altında, girov məbləği müəyyənləşməyib.

Cey Ar MBA-da 16 mövsüm keçirib. 2016-cı ildə “Klivlend”in, 2020-ci ildə isə “Leykers”in heyətində çempion olub. Müdafiəçi 2013-cü ildə MBA-nən ən yaxşı 6-cı oyunçusu sayılıb.