Konte İngiltərəyə qayıdır?

5.10.2026 13:30 9
Dünya futbolu
Antonio Konte yenidən İngiltərədə işləyə bilər.

"Football-plus.az" xəbər verir ki, 57 yaşlı italiyalı mütəxəssis “Mançester Yunayted”də Maykl Karriklə yollar ayrılacağı halda klub rəhbərliyinin əsas namizədlərindən biri olacaq. Komandanın mövsümə uğursuz başlamasından sonra rəhbərlik baş məşqçi postunda dəyişiklik ehtimalını nəzərdən keçirir. Karrik vəzifəsini tərk edərsə, Konte onun yerinə əsas namizəd ola bilər.

Hazırda klubsuz olan italiyalı mütəxəssis bu yay “Napoli” ilə əməkdaşlığını vaxtından əvvəl başa vurub. O, yeni işə qayıtmağa tələsmir və ambisiyalarına uyğun layihə gözləyir.

Konte İngiltərədə 2016-18-ci illərdə “Çelsi”yə rəhbərlik edib və 2016/17 mövsümündə London klubunu premier-liqanın çempionu edib.