Paytaxt komandasında itki

4.10.2026 23:31 27
Dünya futbolu
Brayan Kristante “Roma”nın qarşıdakı oyunlarını buraxacaq.

"Football-plus.az" xəbər verir ki, o, A seriyasında “Komo”ya qarşı, Çempionlar Liqasında isə “Real”la keçiriləcək matçda iştirak etməyəcək. Kristantenin sağ dizində iltihab aşkarlanıb. Bununla yanaşı, futbolçu son günlər bel nahiyəsində ciddi ağrılar hiss edir.

Brayan bu mövsüm İtaliya çempionatında 5 oyun keçirib.