A seriyasında hamını qabaqladı

5.10.2026 10:00 18
Dünya futbolu
A seriyasında avqust və sentyabr aylarının yekunlarına əsasən ən yaxşı baş məşqçi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Frozinone”nin baş məşqçisi Massimiliano Alvini olub. Onun komandası çempionatda keçirdiyi ilk 5 oyunda 10 xal toplayıb. “Frozinone” “Fiorentina”nı 3:0, “Venesiya”nı 3:2, “Komo”nu isə 2:0 hesabı ilə məğlub edib, “Cenoa” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb, yeganə məğlubiyyətini isə “Yuventus”a 0:1 hesabı ilə uduzaraq alıb.

5 turdan sonra 10 xalı olan “Frozinone” A seriyasının turnir cədvəlində 6-cı yeri tutur.