Ukrayna üçün üzücü fakt

4.10.2026 23:00 36
Dünya futbolu
Ukrayna yığmasının tarixinin ən pis göstəricilərindən biri rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, komanda Millətlər Liqasında Şimali İrlandiyaya 0:3 hesabı ilə məğlub olub. Bu nəticə yığmanın nominal ev sahibi olduğu rəsmi oyunlar üçün antirekorddu.

Belə ki, Ukrayna tarixində ilk dəfə nominal ev sahibi statusunda keçirdiyi rəsmi matçda üç top fərqi ilə uduzub. Bunadək komanda öz meydanı sayılan oyunlarda heç vaxt iki qoldan artıq fərqlə məğlub olmamışdı.

Qeyd edək ki, Ukraynada beynəlxalq oyunların keçirilməsi mümkün olmadığından Şimali İrlandiya ilə matç Slovakiyanın Trnava şəhərində baş tutub.