“Football-plus.az”ın məlumatına görə, bu matç “İdman TV”nin həftəlik proqramında yer alıb. Maraqlıdı, bu mövsüm də premyer-liqada mərkəzi oyunlar həm “CBC Sport”da, həm də “İdman TV”də yayınlanacaq, yoxsa yalnız bir kanalda nümayiş etdiriləcək?
Bu suallarla “CBC Sport”un xəbərlər və sosial media xidmətinin direktoru Şəmsəddin Abbasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bütün işlər “CBC Sport” tərəfindən görülür. “İdman TV” indiyə qədər hansısa texniki dəstək göstərməyib. Həmin kanal yalnız bizdən siqnal alır. Şərhçiləri öz studiyalarında şərh edirlər. Bu mövsüm də belə olacaq. Oyun həm “CBC Sport”da, həm də “İdman TV”də yayınlanacaq”.
Xatırladaq ki, oktyabrın 9-da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19.30-da start götürəcək.
KƏNAN BAHADIR






