Belə ki, ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"ın Finlandiya HİK-inə qarşı hər iki oyununu "İdman TV", Konfrans Liqasında mübarizə aparan "Neftçi"nin "Beşiktaş"la matçlarını "CBC Sport", "Sabah"ın "Partizan"la bu turnirdəki qarşılaşmalarını İTV göstərəcək.
Maraqlıdı ki, “Qarabağ”ın ÇL-in cari mövsümündə keçirdiyi 4 oyunu “CBC Sport” göstərdiyi halda, HİK-lə qarşılaşmaları “İdman TV”nin efirində izləyəyə biləcəyik. “CBC Sport”un şərhçilərin qrupunun rəhbəri Rüstəm Əfsərlinin "Football-plus.az"a açıqlaması:
"Hansı oyunun hansı kanalda yayınlanmasının nə fərqi var? Əsas odu ki, bütün oyunlar canlı verilir və tamaşaçıların seçim imkanı var. Buna görə də həm "CBC Sport", həm "İdman TV", həm də İTV-yə yalnız təşəkkür düşür. Biz hər üç oyunu göstərmək istərdik, amma üst-üstə düşdüyü üçün texniki cəhətdən mümkün deyil".
Xatırladaq ki, avqustun 10-da "Qarabağ" HİK-i, "Neftçi" "Beşiktaş"ı, "Sabah" isə "Partizan"ı qəbul edəcək.
CAVİD ƏLİYEV





