"Qarabağ" "Zirə"yə qalib gəldi

3.10.2026 18:59 54
Ölkə futbolu
Milli komandaların oyunları ilə əlaqədar Misli premyer-liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. "Zirə"nin yeganə qolunu isə Dameyn Smit vurub.

Hazırda "Qarabağ" 13 xalla 3-cü (5 oyuna), "Zirə" isə 10 xalla 5-ci sıradadı. (6 oyuna).