Sabiq komanda yoldaşı Kriştianoya dəstək verdi

4.10.2026 10:00 99
Dünya futbolu
Baş məşqçi Jorje Jezuşun açıqlamalarından sonra Portuqaliya yığmasının düşərgəsini tərk edən və Avropa futbolunda əsas gündəm mövzusuna çevrilən Kriştiano Ronaldoya dəstək gəlib.

Bu dəstəyi onun ''Mançester Yunayted''də komanda yoldaşı olmuş Rio Ferdinand nümayiş etdirib. Son illər futbol eksperti kimi çalışan sabiq ingiltərəli müdafiəçi bunları deyib:

''Kriştiano dönəmindən öncə Portuqaliya yığması harda idi? Turnirlərdə qələbə qazanmamaq bir yana, heç final mərhələlərində də iştirak etmirdilər. Məni üzən odu ki, bir çoxları onun karyerasına son 3-4 ildəki performansına əsasən qiymət verir. Ronaldo hansı çempionatda olursa olsun, yaşına görə hələ də mükəmməl göstəricilər ortaya qoyur. Ona əsl qiymət verə bilmək üçün illər öncəyə dönmək lazımdı. ''Yuventus''da, eləcə də ''Mançester Yunayted'' və ''Real''da etdiklərinə baxmaq lazımdı. Onun karyerasına sanki ayrı-ayrı 3 dünya səviyyəli bir karyera yerləşdirmək olar''.