Yadımdadı, 1994-cü ildə “Fənərbaxça” ilə “Turan Tovuz” avrokuboklarda qarşılaşanda Azərbaycan qəzetlərindən biri manşetinə məhz bu sərlövhəni çıxarmışdı. Bəli, uzun aradan sonra bu iki klub yenidən qarşılaşır. Dostluq matçı üçün bu gün ölkəmizə təşrif buyuran “sarı-lacivərdlilər” hava limanında çox xoş qarşılanıb. Ardından Bakıdakı restoranların birinə klub rəhbərləri, rəsmiləri və futbolçuları bir araya gəlib.
Tovuzluların rəhbəri Ehtiram Quliyev, baş məşqçisi Kurban Berdıyev ilə yanaşı, məclisdə “Fənərbaxça” rəhbərliyindən Əziz Yıldırım, Fatih Aslan, Barış Karagöz, Mehmet İman və Oğuz Çətin də qatılıb. Musiqi ilə müşayiət olunan gecənin sonunda tort da kəsilib.
ORXAN
“Fənərbaxça” ucalsın, qoca Turan öc alsın!
Aktual / Ölkə futbolu






