19 yaşadək futzalçılar arasnda keçiriləcək 2027-ci il Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, püşkə əsasən, U-19 yığmamız 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.
Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.
Millimizin rəqibləri bilindi - AÇ
İdman






