İngiltərə ən dəyərli yığmadı

2.10.2026 22:13 9
Dünya futbolu
Dünyanın heyət dəyəri ən yüksək olan yığmalarının siyahısı açıqlanıb. Siyahını “transfermarkt”ın əməkdaşları hazırlayıblar.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın “Marca” qəzetinin təqdim etdiyi siyahıya İngiltərə yığması başçılıq edir. Komandanın ümumi heyət dəyəri 1,78 milyard avro qiymətləndirilir. Fransa 1,44 milyard avro ilə 2-ci, İspaniya isə 1,35 milyard avro ilə 3-cü yerdədi.

Heyətinin dəyərinə (milyard avro ilə) görə ilk “10-luğ”a düşən milli komandaların siyahısını nəzərinizə çatdırırıq.

1. İngiltərə 1,780
2. Fransa 1,440
3. İspaniya 1,350
4. Almaniya 1,300
5. Portuqaliya 1,000
6. Argentina 0,959
7. İtaliya 0,869
8. Braziliya 0,851
9. Niderland 0,828
10. Norveç 0,618