Messi futbol klubuna sahib çıxdı

3.10.2026 20:21 36
Dünya futbolu
Bir neçə həftə əvvəl Lionel Messinin planı ilə bağlı yayılan xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu İspaniyanın “Eldense” klubunun sahibi olub. Bununla da 1921-ci ildə yaradılan “Eldense” üçün yeni mərhələ başlayıb. Klubun açıqlamasında “Eldense”nin tarixini və ənənəvi göy-qırmızı rənglərini qoruyacağı qeyd edilib. Sövdələşmənin rəsmiləşməsi üçün İspaniya Mərkəzi İdman Departamentinin müvafiq icazəsi tələb olunur.

Qeyd edək ki, “Eldense” La Liqa 2-də 7 turdan sonra 5 xalla turnir cədvəlinin 19-cu sırasını tutur.