Taekvondo üzrə gənclərdən ibarət millimiz Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, ölkəni yarışda dörd idmançı təmsil edəcək. Bunlar Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlıdır (73 kq) .
Komanda mübarizəyə sabah qoşulacaq.
Taekvondoçularımız Tiranada mübarizə aparacaq
İdman






