Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan boksçu Səidcəmşid Cəfərov (350 xal) birinci pilləyə yüksəlib.
Taekvondoçu Qaşim Maqomedov (305 xal) ikinci, cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (270 xal) üçüncüdü.
Növbəti sıralarda akademik avarçəkmə üzrə Azərbaycan millisi (255 xal), ağırlıqqaldıran İsa Rüstəmov (240 xal), yunan-Roma güləşçiləri İslam Bazarqanov (230 xal), Həsrət Cəfərov (230 xal), sərbəst güləşçilər Arseniy Djioyev (220 xal), Giorgi Meşvildişvili (210 xal) və güləşçi Jalə Əliyeva (200 xal) yer alıblar.
Avropa çempionu birinci pilləyə yüksəldi
İdman






