İdmançılarımızın yeni reytinqi

2.04.2026 11:13 8
İdman
Azərbaycan idmançılarının 2026-cı ilin aprel ayının 1-nə olan reytinq cədvəli açıqlanıb.

"Football-plus.az" xəbər veir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) liderlik edir. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (440 xal) üçüncü sıradadı.

Həmçinin TOP-10-luqda müvafiq olaraq Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 320 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Arsen Djioyev, Osman Nurmaqomedov (hər ikisi sərbəst güləş, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) da yer alıblar.