Almaniyanın problemi Kimmixdi? - ''O dünya səviyyəli futbolçu deyil''

1.10.2026 19:49 117
Dünya futbolu
Yürgen Kloppun gəlişindən sonra nəticələri daha da pisləşən Almaniya yığması ətrafında müzakirələr səngimək bilmir.

Son olaraq evdə sensasiyon şəkildə Yunanıstana minimal hesabla uduzan bundestim Millətlər Liqasına 2 oyuna 1 xal toplamaqla start verib. Bu arada Almaniya futbolunun tanınmış simalarından olan, ''Bavariya''nın sabiq üzvü Mario Basler Coşua Kimmixi sərt şəkildə tənqid edib.

Kimmixin dünya səviyyəli futbolçu olmadığını iddia edən Basler bunları deyib:

''Aylardı, hətta illərdi deyirəm ki, Kimmix dünya səviyyəli futbolçu deyil. O adi bir mərkəz yarımmüdafiəçisidi. Ancaq həmişəki kimi diqqət mərkəzində olmaq, bütün cərimə və künc zərbələrini yerinə yetirmək istəyir. Məncə, Yürgen Klopp bu duruma müdaxilə etməlidi. Kimmix hər dəfə mərkəzdə topu özündə çox saxlayır və hücumun surətino aşağı salır. Bu futbol bizi irəli aparmayacaq. Kimmix hər oyunda topa ən çox toxunan futbolçu olur. Çünki hər yerə qaçır. Topu qəbul edən futbolçunun dərhal yanına gedərək ondan ötürmə istəyir. Hamı da topu ona verir. Bunun səbəbini bilmirəm. Amma son oyunda gördük ki, bu cür futbol bizə heç nə qazandırmadı. Onun topa çox toxunmasının, hamıdan çox qaçmasının bir faydası olmadı''.

Baslerin sözlərinə baxmayaraq ''Sofaskor'' statistik portalı Yunanıstana qarşı son matçda Almaniyanın heyətində ən yüksək (8) balı məhz Kimmixə verib. Digər almaniyalı əfsanə Bastian Şvaynştayger isə Kimmixi yox, komanda yoldaşlarını tənqid edib:

''Geridən oyun qurmaqda çətinlik çəkirik. Bu artıq bizim futbolun əsas probleminə çevrilib. Çünki Kimmixdən başqa yaradıcı futbolçu yoxdu. O olmadıqda işlər çətinləşir''.

Yeri gəlmişkən Almaniya Serbiya və Yunanıstana qarşı növbəti iki oyunu Kimmixsiz keçirəcək. Çünki Klopp yığmaya 44 futbolçu, yəni iki ayrı heyət çağırıb. İlk iki qarşılaşmada heyətdə olanlar artıq yığmanın düşərgəsini tərk edərək öz klublarına yollanıblar.