Paytaxt derbisi üçün biletlər satışda - Vernidub - Dambrauskas duelini qaçırma!

30.09.2026 15:01 63
Ölkə futbolu
Misli premyer-liqasının 7-ci turunda oktyabrın 9-u saat 19.30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır.

Qiymətlər aşağıdakı kimidi:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Qiymətlər belədi:
- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN .

Stadionun kassasında isə biletlər oyun günü saat 14.00-dan etibarən satışda olacaq.