"Neftçi" - "Sumqayıt" matçının biletləri satışda

11.12.2025 20:38 24
Ölkə futbolu
Misli premyer-liqasının 15-ci turu çərçivəsində dekabrın 15-i saat 19.00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11.00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, noyabrın 23-də keçirilmiş “Neftçi” – “İmişli” matçına onlayn bilet əldə etmiş azarkeşlərin “Sumqayıt”la oyuna girişi sərbəst olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul