“Neftçi” – “Sabah” matçının biletləri satışda

14.01.2025 15:53 302
Ölkə futbolu
Misli premyer-liqasının 19-cu turu çərçivəsində yanvarın 19-u saat 18.30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 10 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 15 (“Cənub alt” sektoru) və 35 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-sabah-fk19/140107

"Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12.00-dan etibarən satışda olacaq.