Sizə FİFA referisi Əliyar Ağayevin Millətlər Liqasında keçirilən Gürcüstan – Ukrayna oyununu idarə etdiyini xəbər vermişdik. Bildirmişdik ki, ədalət təmsilçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib. Onunla birgə qonşu ölkəyə, daha doğrusu, “Dinamo Arena”ya yollanan həmvətənlərimiz – Əliyar bəyin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim funksiyasını yerinə yetirən Rauf Cabbarov və VAR hakiminin köməkçisi İnqilab Məmmədov da bu sınaqdan üzüağ çıxıb.
Əlbəttə, belə xəbərləri yaymaq biz media nümayəndələri üçün də xoşdu. Ancaq təkcə bundan təsəlli tapmaq, qüsurları xatırlatmamaq olmaz! Ona görə ki, Millətlər Liqasında ölkəmizdən yalnız Əliyar Ağayevin baş hakim kimi xidmətinə ehtiyac duyulub. Halbuki FİFA referiləri siyahısında Elçin Məsiyev, Kamal Umudlu və Tural Qurbanov da var. Görünür, əksər hakimlərimizin faəliyyəti Avropadan cəlbedici görünmür və nəticədə belə nüfuzlu turnirdən kənarda qalırlar. Öz aramızdı, ən təcrübəli hakimlərimiz belə səhv qərarları üzündən dəfələrlə uzun müddət nəinki ölkə xaricində, daxili çempionatlarda belə şans qazana bilməyib. Bizə deyən lazımdı ki, rəhmətliyin nəvəsi, nə qoyub, nə axtarırsan?!
KƏNAN BAHADIR
Avropada ədaləti təmsil edə bilmirik! – Millətlər Liqasının duz basdığı yara...
Yazarlar / Manşet






