Məlum olduğu kimi ''Milan''ın əfsanəsi iyulun 31-də 66 yaşında dünyasını dəyişib. Bu günlərdə klubun Cino Valledə yerləşən bazasının divarında Barezinin şəkili çəkilmişdi. Amma kimliyi bilinməyən şəxslər həmin şəkili sözün əsl mənasında pis günə qoyublar. Həmin şəxslər qırmızı boya ilə Barezinin üzünü, ''Milan''ın sponsorunun emblemini, eləcə də ''you''ll never walk alone'' sözünü görünməz ediblər. ''Milan'' rəhbərliyi hazırda ərazidəki təhlükəsizlik kamerasını incələyərək günahkarların tapılmasına çalışır. Bu hərəkəti ''İnter'' fanatlarının etdiyi güman edilir.
Milan şəhər sovetinin üzvü Alessandro Cunci bunları yazıb:
''Bu, o dərəcədə qorxaq və aciz bir hərəkətdi ki, mənim bunu edən insanlara yazığım gəlir''.
Bu arada İtaliya futbolunu ünlü simalarından olan və ''İnter''in əfsanəsi sayılan Valter Zenqa da bu hərəkəti edənləri sərt şəkildə tənqid edib:
''Bu, təkcə ''Milan'' və bu klubun fanatlarına qarşı edilən bir hərəkət deyil. Bu, bütövlükdə futbol tariximiz və hörmət anlayışının hansı məna kəsb etdiyini bilən hər kəs üçün təhqirdi. Bunu edənlər heç bir azarkeş qrupunu təmsil edə bilməz. Onlar yalnız özlərini və ağılsız olmalarını təmsil edirlər. Formalar bizi ayırsa da, hörmət birləşdirməlidi. Barezi toxunulmazdı''.






