Zədəli futbolçu ilə bağlı son xəbər

30.09.2026 11:35 27
Dünya futbolu
Frenki de Yonqun səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi zədədən sonra hələ də tam bərpa olunmayıb. AS nəşrinin məlumatına görə, niderlandlı yarımmüdafiəçinin noyabra qədər sıraya dönməsi gözlənilmir. Bu səbəbdən De Yonq Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda PSJ ilə keçiriləcək oyunda, həmçinin oktyabrın 25-də “Kamp Nou”da keçiriləcək “Real”la matçda da iştirak etməyəcək.

Futbolçu bu il keçirilən dünya çempionatı zamanı sağ dizinin medial kollateral bağından zədələnib. “Barselona” onun müalicəsində əməliyyatsız, konservativ üsula üstünlük verib.