İnfantino Hövsanda mini-stadionların inşası ilə tanış oldu

29.09.2026 14:24 36
Ölkə futbolu
Bakıya gələn FİFA prezidenti Canni İnfantino ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların dünya çempionatı və festivalı üçün görülən işlərlə tanış olub.

"Football-plus.az" xəbər verir ki, FİFA rəhbəri Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşasını izləyib.