Məhəmmədəli 11-ci qələbəsini qazana bilmədi

29.09.2026 15:38 18
İdman
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “The Ultimate Fighter”in (TUF) 34-cü mövsümünün finalında məğlub olub.

"Football-plus.az" xəbər verir ki, Las-Veqasda keçirilən “UFC Fight Night 289” turniri çərçivəsində Osmanlı Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşıb. Döyüş elə birinci raundda başa çatıb. Osmanlı rəqibin baş nahiyəsinə qadağan olunmuş diz zərbəsi endirdikdən sonra hakim qarşılaşmanı dayandırıb.

Nəticədə azərbaycanlı idmançı diskvalifikasiya olunub, qələbə isə rəqibə verilib.

Beləliklə, Məhəmmədəli Osmanlı TUF 34-ün qalibi ola bilməyib. 22 yaşlı azərbaycanlı döyüşçü finala qədər ardıcıl 10 qələbə qazanmışdı.