Polşanın Petrkuv Trybunalski şəhərində keçirilən beynəlxalq FEN (Fight Exclusive Night) təşkilatının yarışında azərbaycanlı qarışıq döyüş növləri ustası Əliskəndər Əliyev də çıxış edib.
"Football-plus.az" xəbər verir ki, Əliyev polşalı Yatsek Bednorz ilə qarşılaşıb.
Azərbaycanlı MMA ustası Bednorz üzərində birinci raundda boğucu fəndlə qələbə qazanıb.