Premyer-liqanın 6-cı turunun “Sabah” – “İmişli” oyununda mübahisəyə səbəb olan hadisə yaşanıb. Oyundan sonra PFL-in matçında yerləşdirilən protokola görə, “pələnglər”in yeganə qolunun müəllifi Ronaldo Rodrigesdi.
Lakin epizodla bağlı müəyyən suallar yaranıb. “CBC Sport”un yayınladığı oyunun çəkiliş keyfiyyətinin aşağı olması və qapı daxilindən futbolçuların üzünü göstərən rakursun olmaması üzündən topu qapıdan kimin keçirdiyini müəyyənləşdirmək çox çətindi.
Belə ki, İdris İnqilablı topu cinahdan rəqib qapısının önünə göndərir. Amma həmin topun birbaşa qapıdan keçdiyi, yoxsa Ronaldonun hansısa təmas etdiyi görünür. Çox güman, Ronaldo başı və ya saçı ilə yüngül toxunuş edib. Maraqlıdı ki, dünyaca məşhur “Transfermarkt” bu qolun müəllifi kimi İdris İnqilablını, ona assistentlik edən futbolçu kimi Azər Salahlını göstərib. Yəni rəsmi protokolla “Transfermarkt”ın məlumatı fərqlidi.
Bəs top həqiqətən qapıya birbaşa daxil olub, yoxsa Ronaldo ona toxunub? Bu suala aydınlıq gətirmək üçün birbaşa epizodun iştirakçısına – İdris İnqilablıya müraciət etdik. Həmvətənimiz topu qapıdan məhz Ronaldo Rodrigesin keçirdiyini bildirdi. Ya da sadəcə, təvazökarlıq etdi…
İSRAYIL XEYRULLAYEV
“Sabah” – “İmişli” matçında mübahisəli qol: topu qapıdan Ronaldo, yoxsa İdris keçirib?
Ölkə futbolu






