Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində uğurlu çıxış ediblər.
"Football-plus.az" xəbər verir ki, komandamız yarışda 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
Kamran Quliyev G-10 divizionunda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü olub.
Adilə Niftəliyeva da iki medal qazanıb. O, G-24 divizionunda bürünc, kata yarışında isə gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan komandası turniri ümumilikdə 5 medalla başa vurub.
Cüdoçularımız Sarayevoda 5 medal qazandı
İdman






