Cüdoçularımız Açıq Asiya turnirində 4 medal qazandı

14.10.2024 11:30 242
İdman
Cüdoçularımız Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 4 medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, komanda turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Cüdoçularımız yarışda medal əyarına görə kişilər arasında 3-cü yeri tutub.

Qeyd edək ki, ölkəmiz yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev ( hər ikisi +100 kq) isə bürünc medal əldə ediblər.