“Liverpul” rəhbərliyində yeni təyinat olub. Culian Uord idman direktoru vəzifəsinə təyin edilib.
"Football-plus.az" xəbər verir ki, Uord 2012-ci ildən “Liverpul”un strukturunda çalışır. Mütəxəssis bu müddətdə Avropa üzrə skautinq rəhbəri, icarəyə verilmiş futbolçularla iş üzrə direktor və idman direktorunun köməkçisi vəzifələrində işləyib.
Uord 2020-ci illərin əvvəlində də “Liverpul”un idman direktoru olub. O, 2023-cü ildə bu postdan ayrılıb və İngiltərə klubuna sahib olan “Fenway Sports Group” şirkətində texniki direktor vəzifəsini tutub.
Qeyd edək ki, Uord “Liverpul”a keçməzdən əvvəl “Mançester Siti” və Portuqaliya yığmasında çalışıb.
İngiltərə klubunda yeni təyinat
Dünya futbolu






