“Qırmızı qəzəb”in seriyası 39 oyuna çatdı

28.09.2026 19:37 27
Dünya futbolu
İspaniya yığması şənbə günü uğurlu seriyasını davam etdirib.

"Football-plus.az" xəbər verir ki, “Qırmızı qəzəb” məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdıraraq dünya rekordunu yeniləyib. Luis de la Fuentenin komandası Millətlər Liqasının A liqasının 1-ci turunda səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib. Bununla da İspaniya rəsmi matçlarda ardıcıl 39-cu oyununda məğlub olmayıb. Komanda özünə məxsus olan əvvəlki rekordu da yeniləyib. İspaniya ötən yay 38 rəsmi oyundan ibarət məğlubiyyətsiz seriya ilə rekorda sahib olmuşdu.

İspaniya sonuncu dəfə 2023-cü ilin martında rəsmi oyunda əsas vaxtda məğlub olub. AÇ-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzan ispanlar bundan sonra keçirdikləri 39 rəsmi matçın heç birində məğlubiyyət yaşamayıblar.

Əvvəlki rekord İtaliya millisinə məxsus idi. İtalyanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər 37 rəsmi oyunda məğlub olmamışdılar.