“İmişli” və “Araz-Naxçıvan” yoxlama matçında üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, görüş "pələnglər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. "İmişli"nin qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar.
“İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də “Şəfa"ya qarşı keçirəcək. "Araz-Naxçıvan" isə oktyabrın 2-də "Neftçi" ilə qarşılaşacaq.
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
Ölkə futbolu





