21 yaşadək futbolçardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın baş hakimi norveçli Matiyas Stöfrinqshauq olacaq.
Ona yan xətlərdə Erland Hareland və Edvard Helgerud kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.
U-21 millimiz Şotlandiya ilə sentyabrın 30-da Kilmarnokdakı “Reqbi Park” stadionunda qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Yığmamız seçmə mərhələdə son oyununda Çexiya ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın qolunu Eşqin Əhmədov vurub.
U-21 millimizin Şotlandiya ilə oyununu kim idarə edəcək?
Ölkə futbolu





