MOİK də Xankəndində oynayacaq

26.09.2026 15:27 207
Ölkə futbolu
1-ci liqa komandaları arasında stadion problemi yaşayanlar var. Debütant “Xankəndi”nin artıq doğma meydana – Xankəndi şəhər stadionuna dönəcəyi bəllidi. Stadionu olmayan MOİK isə hazırda rəqiblərini Binədə qəbul edir.

Ötən yazılarımızda MOİK-in də Xankəndi şəhər stadionunda rəqiblərini qəbul etmək ehtimalının olduğunu xəbər vermişdik.

Bəs bu məsələ dəqiqləşib? Eyni liqanın iki təmsilçisi ev oyunlarını bu stadionda keçirəcəyi halda, təqvim necə tənzimlənəcək? Eyni günə təsadüf edən matçların taleyi necə olacaq?

“Football-plus.az” bu suallara MOİK-in mətbuat katibi Araz Əhmədovdan cavab alıb:

“Bəli, komandanın Xankəndində oynayacağı dəqiqləşib. Hazırda stadionda təmir işləri aparılır. Açılış zamanı PFL-in nümayəndələri stadionu təftiş edəcəklər. PFL icazə verərsə, ev oyunlarımızı orda keçirəcəyik. Təmir bitəndən sonra komandaların orda necə oynayacağı dəqiqləşəcək. PFL qrafiki tənzimləyəcək”.

İSRAYIL XEYRULLAYEV