“Ayxan müəllim Edqarı məndən daha yaxşı tanıyır” – Azər Bağırov Adilxanovun fərqli mövqedə oynamasına nə dedi?

26.09.2026 14:56 594
Ölkə futbolu / Manşet
Millimizin Tacikistanla keçirdiyi yoxlama oyunu həm də Edqar Adilxanovun debütü ilə yadda qaldı.

İndiyə qədər U-21-də çıxış edən futbolçu, adətən, özünü yaxşı tərəfdən göstərmişdi. Ancaq yarımmüdafiəçinin oyunu bu dəfə heç cür alınmadı. Böyük ehtimalla, buna baş məşqçi Ayxan Abbasovun Edqarı “Şamaxı”da olduğu kimi yarımmüdafiənin sol cinahında yox, 3-5-2 taktikası çərçivəsində sağ cinah müdafiəçisi kimi sınaqdan keçiməsi səbəb oldu. Belədə Edqarın, necə deyərlər, bildiyi də yadından çıxdı.

Bəs, bu mövzu ilə bağlı “şirlər”in baş məşqçisi Azər Bağırov nə düşünür? Ayxan Abbasov düzgün qərar verdi, yoxsa futbolçuya ənənəvi mövqeyində şans vermək daha məqsədəuyğun olardı?

Azər bəyin “Football-plus.az”a cavabı:

“Ayxan müəllim Edqarı məndən daha yaxşı tanıyır. Yəqin ki, onda həmçin potensialı görüb, bu üzdən sınaqdan keçirmək istəyib. Ayxan müəllimin addımını, sadəcə, məşqçi rəngarəngliyi kimi qiymətləndirmək olar. Əsas odu ki, Edqar millimiz üçün faydalı futbolçu olsun. Mövqeyindən asılı olmayaraq, çalışqan futbolçu olduğunu sübut etsin. Fürsətdən istifadə edib, “Futbol+” vasitəsilə millimizə qarşıdan gələn oyunlarda uğurlar arzulayıram”.

KƏNAN BAHADIR