Flik noyabrda Dambrauskasın prostatını müayinə edəcək? – iki həkim Azərbaycanı şoka saldı

26.09.2026 12:55 369
Ölkə futbolu / Manşet
“Liv Bona Dea Hospital”da çalışan tanınmış həkim Elbəyi Daşdəmirli hansısa səhəbdən həmin xəstəxanaya baş çəkən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla şəklini paylaşıb və altında belə yazıb: “Tibb və idmanın kəsişdiyi gözəl bir görüş. Əladı belə...”

Əslində bu paylaşımda qəribə nəsə yoxdu. Amma... Daşdəmirlinin Mərkəzi Klinikada çalışan həmkarı Yasin Haxverdiyevin paylaşıma yazdığı şərh hamını şoka salıb: “Abi, noyabrda məhşur alman uroloqu Hans-Diter Flik Bakıda prostat muayinəsi icra edəcəkmiş bu müəllimə deyirlər...

Bu da Daşdəmirlinin həmkarına cavabım: “Elə həmin oyuna hazırlayıram”.

Təbii ki, həkimlər noyabrda Bakıda keçiriləcək “Sabah” – “Barselona” oyununu nəzərdə tuturlar. Amma ölkənin tanınan həkimlərinin böyük uğurlar qazanan bir mütəxəssisi bu şəkildə lağa qoymaları nə həkimlik, nə də insanlıq etikasına sığır. İndi belələrinə canını necə etibar edəsən?!

ORXAN