Amerikadan olan ağır çəkili MMA döyüşçüsü Şon Şaraf UFC 331 turnirində böyük sensasiyaya imza atıb.
"Football-plus.az" xəbər verir ki, o, Los-Ancelesdə keçirilən turnirdə sərbəst güləş üzrə olimpiya çempionu Qeybl Stivsonu cəmi 12 saniyəyə nokaut edib. Döyüş başlayan kimi Şaraf sol əllə dəqiq zərbə endirib və Stivsonu nokdauna salıb. Ardınca gələn zərbələrdən sonra hakim qarşılaşmanı dayandırıb. Bu, UFC tarixində ağır çəkidə ən sürətli nokautlardan biri olub.
Stivson qarşılaşmaya favorit kimi çıxmışdı. O, 2020-ci il Tokio Olimpiadasında sərbəst güləş üzrə qızıl medal qazanıb və UFC-də gələcəyin əsas ağırçəkili döyüşçülərindən biri sayılırdı. Şaraf isə UFC-də əvvəlki iki döyüşü uduzmuşdu. Bu, Stivsonun peşəkar MMA karyerasında ilk məğlubiyyəti olub.
Olimpiya çempionunu 12 saniyəyə nokauta saldı
İdman






