Yayda futbolçunun “sarı-göylər”lə müqaviləsinin müddəti başa çatıb. Yayda isə heç bir kluba keçməyib. Bəs gənc futbolçunun durumu necədi? Futbola davam edəcəkmi, hansısa təkliflər varmı?
“Football-plus.az” bu suallarla Veysəl Rzayevə müraciət edib:
“Hazırda təklif yoxdu. Özüm fərdi şəkildə məşq edirəm. Normal məşq qrafiki lazımdı ki, yoxlanışdan sonra həkim nəzarəti altında tam bərpa olunum. Hazırda klubsuzam. 1-ci liqa klublarından da təklif olarsa, dəyərləndirəcəyəm.
İSRAYIL XEYRULLAYEV





