Avropa çempionatında ilk medal!

24.09.2026 10:31 9
İdman
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

"Football-plus.az" xəbər verir ki, bu gün millimizin iki üzvü finala, biri yarımfinala yüksəlib. Həmçinin bir boksçumuz turnirdə medal qazanıb.

90 kq Məhəmməd Abdullayev 3-cü yeri tutaraq bürünc medala yiyələnib. Bu, Azərbaycan millisinin Sofiyadakı yarışda ilk medalı olub.

50 kq çəki dərəcəsində Sübhan Mamedov yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşü 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

70 kq-da Nəbi İsgəndərov da finala yüksəlib. O, yarımfinalda irlandiyalı Con MakKonnelliyə 4:1 hesabı ilə qalib gəlib.

75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov isə 1/4 finalda isveçli Kevin Skott üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb. Bununla da onun ən azı bürünc medalı təmin olunub.