Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi 3 gün müddətində distant formada təşkil olunacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin müvafiq əmri imzalanıb.
Qərara əsasən, sentyabrın 23-dən 25-dək paytaxtdakı ali təhsil müəssisələrində dərslər məsafədən keçiriləcək.
Qeyd olunur ki, qərar "Formula-1" üzrə Azərbaycan "Qran-Pri"sinin keçirilməsi ilə əlaqədar tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Bakıda universitetlərdə dərslər onlayn keçiriləcək - "Formula-1"ə görə
İdman






