Azərbaycan mərhələsinin vaxtı dəyişdi

2.07.2025 13:58 11
İdman
Bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bunu “Formula-1”in rəsmi saytı açıqlayıb.

Dəyişikliyə səbəb sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdı.

Bildirilib ki, yarış Bakıda sentyabrın 24-26-da keçiriləcək. Qeyd edək ki, daha öncə “Qran-pri” sentyabrın 25-də start götürməli, 27-də başa çatmalıydı.