"Sumqayıt"ın futbolçusu Pakistan millisində

21.09.2026 16:23 153
Ölkə futbolu
“Sumqayıt”ın müdafiəçiləri İsa Suliman və İmani Barker müvafiq olaraq Pakistan və Fransa Qvianası millilərinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, Pakistan FIFA ASEAN Cup turnirinin B qrupunun oyunları çərçivəsində Tayland, Filippin və Vyetnam milliləri ilə, Fransa Qvineyası isə CONCACAF Millətlər Liqasının B Liqasının D qrupunun oyunları çərçivəsində Sent-Vinsent və Qrenadinlər, Sint-Marten və Beliz milliləri ilə qarşılaşacaq.