"Sumqayıt"ın legioneri oynadı, komandası uduzdu

22.03.2024 13:40 192
Dünya futbolu
"Sumqayıt"ın futbolçusu İsa Suliman Pakistan millisində növbəti görüşün çıxıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi İordaniya ilə yoldaşlıq görüşündə iştirak edib.

Suliman Pakistanı meydana kapitan sarğısında çıxarıb. İsanın 90 dəqiqə meydanda olduğu qarşılaşma rəqib yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edir.